İllərlə fərziyyələrdən sonra “John Wick 5” Lionsgate tərəfindən rəsmən təsdiqləndi. Serialın əvvəlki filmi Uikin ölümü ilə bitsə də, Kianu Rivz və rejissor Çad Stahelski yeni film üçün geri qayıdırlar.
Hafta.az-ın “Hollywood Reporter”a istinadən yazdığına görə, Lionsgate Motion Picture Group-un prezidenti Adam Fogelson dünən CinemaCon-da aksiya seriyasının 5-ci filmi üzərində işlərə başlandığını açıqlayıb. Lionsgatenin filmi “Thunder Road”ın prodüserləri Basil İvanik və Erika Li, serialın direktoru və prodüseri Stahelski və baş prodüser Rivzlə birlikdə hazırlayır.
Fogelson, dünya üzrə 1 milyard dollardan çox kassa gəliri əldə edən serial haqqında bunları söyləyib: “Kianu, Çad, Basil və Erika, bu personajlar və bu dünya haqqında həqiqətən qeyri-adi və yeni bir şey deməsələr, geri qayıtmayacaqlar. Tamaşaçıların bu səyahətin bizi hara apardığını görməsini gözləyə bilmirik”.
İvanik və Li birgə açıqlamada, "Bu hekayəni dəqiq izah etmək və Conun hekayəsinin layiqli davamını təmin etmək bizim üçün çox vacibdir. Bu yolda ilk addımı atmaq həyəcanvericidir" deyiblər.
“John Wick 4” 2023-cü ildə buraxılıb və dünya üzrə kassada 440 milyon dollardan çox gəlir əldə edib. Film Yan MakŞan tərəfindən canlandırılan Uinston və Laurens Fişburn tərəfindən canlandırılan Boveri Kinqin üzərində Uik adı yazılmış məzarın başında dayandığı bir səhnə ilə sona çatıb.
Serial 2014-cü ildə Kianu Rivzin təqaüdə çıxdıqdan sonra cinayət dünyasına çəkilən qatil rolunu oynadığı ilk “John Wick” filmi ilə başlayıb.
Onun spin-off filmi “Ballerina”, iyunun 6-da nümayiş etdiriləcək. Stahelski və Rivzin icraçı prodüsserliyi ilə “John Wick: Under the High Table” adlı yeni seriya da inkişaf mərhələsindədir.
2023-cü ilin may ayında Lionsgate-in o zamankı prezidenti Co Drake 5-ci film üçün mümkün planlara işarə edərək deyib: "Biz kainatı genişləndiririk və 5-ci film gələndə o, üzvi şəkildə inkişaf edəcək və təbii olaraq danışmağa başladığımız hekayələrdən yaranacaq".
Con Uik kainatı, Donnay Yenin həm baş rolda, həm də rejissorluq edəcəyi və Keynin hekayəsini danışacağı spin-off filmi ilə daha da genişlənəcək. Yen “JohnWick 4”də canlandırdığı kor qatil kimi qayıdacaq. Filmin çəkilişlərinin 2025-ci ilin sonlarına doğru Honq-Konqda başlaması planlaşdırılır. Filmin ssenarisini “Little Fish” filmi ilə tanınan və 2027-ci ildə ekranlara çıxacaq “The Batman II” üzərində işləyən Mattson Tomlin yazacaq.
Hər il kinoteatr operatorlarını və Hollivud studiyalarını bir araya gətirən CinemaCon tədbiri bu il martın 31-dən aprelin 3-dək keçirilir.